Ana Sayfa > Özəl > “Cadugər ovu”nu dayandırın: -Tramp

“Cadugər ovu”nu dayandırın: -Tramp


19-07-2024, 11:00. Yazar: sevinc1
“Cadugər ovu”nu dayandırın: -Tramp


ABŞ prezidentliyinə namizəd Donald Tramp Respublikaçıların Milli Qurultayında çıxış edib və söz verib ki, seçiləcəyi təqdirdə dünyada “indiki administrasiyanın yaratdığı” bütün beynəlxalq münaqişələrə son qoyacaq.

İyunun sonunda ABŞ-da dövlət başçısı postuna iki əsas namizəd Donald Tramp və Co Bayden arasında teledebat baş tutub. Onları izləyən amerikalıların 67%-i Trampa üstünlük verib. İyulun 13-də seçki kampaniyası zamanı Trampa sui-qəsd edilib. Siyasətçi güllə açılan anda başını çevirib və güllə ancaq qulağına keçib. Lakin aksiya iştirakçısı həlak olub, bir nəfər isə ağır yaralanıb.
“The Guardian” yazır ki, Donald Tramp partiyanın qurultayındakı çıxışında sui-qəsd cəhdindən danışaraq qeyd edib ki, o, “bu gecə burada olmamalı idi” və bu səhnədə ancaq “uca Allahın lütfü ilə” dayanır.

Eyni zamanda, o, sui-qəsd cəhdi zamanı həlak olan yanğınsöndürən Kori Kompatorun xatirəsini ehtiramla yad edib və ölkəni birliyə çağırıb və “Amerikanın yarısının deyil, bütün Amerikanın prezidenti olacağını” vurğulayıb. Sonra da hakimiyyətdəki demokratları tənqid etdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön