Ana Sayfa > Dünya > ABŞ rəsmisi:
ABŞ rəsmisi:19-07-2024, 10:16. Yazar: sevinc1 |
Vaşinqton İran İslam Respublikasının (İİR) ABŞ vətəndaşlarına və ölkənin maraqlarına olan təhdidlərinə qarşı uyğun tədbirlər görəcək. aia.az “İran İnternational”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel İranın ABŞ rəsmilərinə sui-qəsd etmək təhdidləri ilə bağlı media mənsublarının sualına cavabında bildirib. Xatırladaq ki, ABŞ Prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində İranın da adı hallanıb. İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani ölkəsinin ünvanına deyilənləri təkzib edib. aia.az Geri dön |