Ana Sayfa > İdman > "Qarabağ" - "Linkoln" matçının biletləri nə vaxtdan satışa çıxarılacaq?
"Qarabağ" - "Linkoln" matçının biletləri nə vaxtdan satışa çıxarılacaq?18-07-2024, 22:53. Yazar: sevinc1 |
![]() UEFA Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq. Klubdan aia.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır. Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki "Europa Point Stadium"da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək. aia.az Geri dön |