Ana Sayfa > İdman > "Qarabağ"ın "Linkoln” ilə oyunlar üçün iştirak ərizəsi açıqlanıb
"Qarabağ"ın "Linkoln” ilə oyunlar üçün iştirak ərizəsi açıqlanıb18-07-2024, 16:53. Yazar: sevinc1 |
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb. aia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçunun adını daxil edib. Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sadiq Məmmədzadə Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüsyenov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Musa Qurbanlı, Nəriman Axundzadə Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşrılaşmanın start fiti sat 20:00-da səslənəcək. aia.az Geri dön |