Ana Sayfa > Ölkə > Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır


18-07-2024, 13:52. Yazar: sevinc1
Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

DİN-in Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir.

*Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir.*
Geri dön