Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Londonda Paşinyanla görüşə bilər

İlham Əliyev Londonda Paşinyanla görüşə bilər


17-07-2024, 11:59. Yazar: sevinc1
İlham Əliyev Londonda Paşinyanla görüşə bilər

Xəbər verdiyimiz kimi, iyulun 18-də Britaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.

aia.az xəbər verir ki, Avropa Siyasi Birliyinin dördüncü sammitinə 47 dövlət və hökumət başçısı dəvət olunub. Dəvət olunanlar arasında Avropa İttifaqına üzv ölkələr, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və digər ölkələr var.

Ermənistan Baş naziri Nikol Paşinyanın sammitdə iştirak edəcəyi təsdiqlənib və o, artıq Londona yola düşüb.

Azərbaycan tərəfi isə Avropa Siyasi Birliyinin bundan əvvəl İspaniyada keçirilən sammitində Fransanın qərəzli mövqeyinə görə etiraz əlaməti olaraq iştirak etməyib. Lakin ölkəmiz daha əvvəl Çexiya və Moldovada baş tutan sammitlərdə təmsil olunub.

Ölkə lideri İlham Əliyevin də London sammitində iştirak edəcəyi gözlənilir.

Azərbaycan və Ermənistan liderlərinin İngiltərədə görüşə biləcəyi də istisna edilmir.

aia.az
Geri dön