Ana Sayfa > Özəl > Avropa İttifaqından Rusiyaya şərab idxalı yarıdan çox azalıb
Avropa İttifaqından Rusiyaya şərab idxalı yarıdan çox azalıb17-07-2024, 09:00. Yazar: sevinc1 |
Eurostat məlumatlarına görə, 2024-cü ilin may ayında Aİ ölkələrindən Rusiyaya şərab idxalı yarıdan çox azalıb. Bu barədə RİA Novosti məlumat yayıb.Qeyd olunur ki, aprel ayı ilə müqayisədə idxal 2,5 dəfə - 8,9 min tona düşüb. Bu, 2015-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, pul ifadəsində alışlar 2,1 dəfə azalaraq 30,3 milyon avro təşkil edib. Eurostat sənədlərində göstərildiyi kimi, şərab alışı ən çox İspaniya (yeddi dəfə - 253 tona), Litva (4 dəfə - 1,2 min tona) və Almaniyadan (531 tona) düşüb. Bundan əvvəl Gürcüstanın Milli Statistika Agentliyi ölkənin istehsal etdiyi şərabın 75%-ni Rusiyaya ixrac etdiyini bildirmişdi. aia.az Tərcümə şöbəsi Geri dön |