Ana Sayfa > Seçki 2024 > Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi

Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi


16-07-2024, 16:18. Yazar: sevinc1
Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Nurlan Məhərrəmova hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən 126.2.4-cü maddəsindən 126.1-ci maddəyə tövsif olunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki ötən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəmnində sevgilisi 1993-cü il təvəllüdlü Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az
Geri dön