Ana Sayfa > Karusel / Ölkə > Əli Məsimli namizəd olacağı dairəni AÇIQLADI
Əli Məsimli namizəd olacağı dairəni AÇIQLADI16-07-2024, 15:04. Yazar: sevinc1 |
VI çağırış Milli Məclisin deputatı Əli Məsimli sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olmaq istəyir. Bu barədə deputat Əli Məsimli mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, əvvəlki seçki dairəsindən namizədliyiini irəli sürəcək. “Təbii ki, seçkilərdə iştirak etmək barədə düşünürəm. Biraz dislokasiyada fərqli olsa da, əvvəlki seçki dairəsindən namizədliyimi verəcəm. Əvvəl Şəkidə dairə vardı: 113 Şəki şəhər, 114 Şəki kənd Birinci seçki dairəsi və 115 Şəki kənd ikinci seçki dairəsi. Dislokasiya fərqi oldu. 114-cü seçki dariəsinin bir hissəsi Qaxla birləşdi. Yeni seçki dairəsi əmələ gəldi. Demək olar ki, bir hissəsi dəyişmək şərtilə əvvəlki seçki dairəsindən 113-cü Şəki Şəhər seçki dairəsindən namizəd olacam. Çünki bu seçki dairəsi mənim üçün daha münasibdir. Yaxın günlərdə namizədliyimi rəsmi surətdə təqdim edəcəm”,-o deyib. Geri dön |