Ana Sayfa > Karusel / Gündəm > Eldar Namazov seçkilərdə iştirak edəcək? – Açıqlama

Eldar Namazov seçkilərdə iştirak edəcək? – Açıqlama


16-07-2024, 11:59. Yazar: sevinc1
Eldar Namazov seçkilərdə iştirak edəcək? – Açıqlama

“Hesab edirəm ki, biz daha çox gənc nəslin irəli çıxmasında, inkişafında maraqlı olmalıyıq. Bunu cəmiyyətimizin ümumi maraqları tələb edir”.

Bunu “AzPolitika”-ya açıqlamasında politoloq Eldar Namazov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə suala cavab verərəkən deyib.

Hazırda məzuniyyətdə olduğunu deyən Namazov, səhhəti ilə məşğul olduğunu və istirahətə ehtiyacı duyduğunu vurğulayıb.

Xatırladaq ki, politoloq sonuncu dəfə 2005-ci ildə keçirilmiş parlament seçkilərində iştirak edib. Həmin vaxt YES blokunun namizədi olan Eldar Namazov mandat ala bilməyib.
Geri dön