Ana Sayfa > Özəl > ABŞ Trampın təhlükəsizliyini gücləndirməkdən imtina etməsi ilə bağlı məlumatlara cavab verib

ABŞ Trampın təhlükəsizliyini gücləndirməkdən imtina etməsi ilə bağlı məlumatlara cavab verib


15-07-2024, 18:56. Yazar: sevinc1
ABŞ Trampın təhlükəsizliyini gücləndirməkdən imtina etməsi ilə bağlı məlumatlara cavab verib

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) rəhbəri Alejandro Mayorkas departamentin keçmiş prezident Donald Trampın təhlükəsizliyini gücləndirməkdən imtina etməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə TASS CNN telekanalına istinadən xəbər verir.O, bu barədə telekanalın verilişlərindən birinin efirində bildirib. Mayorkasın sözlərinə görə, DHS-in Trampın Məxfi Xidmətinin təhlükəsizliyini gücləndirməkdən imtina etməsi ilə bağlı əvvəlki məlumatların heç bir əsası yoxdur. Lakin verilişin aparıcısı onun mənbələrinin departamentin əlavə resurslar ayırmaqdan imtina etməsi barədə danışdığını dedikdə, Mayorkas bu xəbərləri yalan adlandırıb.

“Bu bəyanat məsuliyyətsizdir, heç bir əsası yoxdur və birmənalı olaraq yalandır”, - deyə o bildirib.Xatırladaq ki, iyulun 14-də Trampın Pensilvaniyada çıxışı zamanı keçmiş prezidentin həyatına qəsd edilib. Güllə siyasətçinin qulağına dəyib, amma Trampın səhhəti təhlükə altında deyil. Nəticədə keçmiş prezidentin tərəfdarlarından biri həlak olub, daha ikisi isə yaralanıb. Atıcı özü məhv edilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön