Ana Sayfa > Özəl > FTB Trampa sui-qəsd cəhdini daxili terror aktı kimi qiymətləndirir
FTB Trampa sui-qəsd cəhdini daxili terror aktı kimi qiymətləndirir15-07-2024, 09:22. Yazar: sevinc1 |
Federal Təhqiqatlar Bürosu (FTB) Pensilvaniya ştatında ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini mümkün daxili terror aktı kimi qiymətləndirir və insident həm də kəşfiyyat orqanları tərəfindən qətlə cəhd kimi araşdırılır.“Hill” qəzeti xəbər verir ki, bunu FTB-nin Milli Təhlükəsizlik İdarəsinin direktor müavini Robert Uells deyib. “Biz bunu qətlə cəhd kimi araşdırırıq... (bu, redaktorun qeydidir) mümkün daxili terror aktıdır”, o vurğulayıb. Uellsin sözlərinə görə, ABŞ kəşfiyyat orqanları atəş açan şəxsin motivini müəyyən etmək üçün çalışır. Bundan əvvəl MKİ-nin keçmiş analitiki Larri Conson demişdi ki, Amerika kəşfiyyatçıları Trampın mitinqində öz vəzifələrini yerinə yetirə bilməyiblər. O qeyd edib ki, Məxfi Xidmət əməkdaşlarından potensial atəş xətlərini axtarmaq üçün hadisədən əvvəl əraziyə baxış keçirmələri tələb olunub. Snayperlərin işinə mane olmaq üçün bu xətlərdə silahlı cangüdənlər yerləşdirilməli idi, lakin heç kim bunu etmədi. Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.Atıcı məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur. New York Post mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb. aia.az Tərcümə şöbəsi Geri dön |