Ana Sayfa > Manşet / Gündəm > Müdafiə nazirinin müavinlərinin sayı

Müdafiə nazirinin müavinlərinin sayı


13-07-2024, 09:40. Yazar: sevinc1
Müdafiə nazirinin müavinlərinin sayı

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.

aia.az Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.

Nazirlikdən faktı təsdiq ediblər.

aia.az
Geri dön