Ana Sayfa > Özəl > Çin və Rusiya arasında ticarətin həcmi artaraq 116,9 milyard dollar təşkil edib
Çin və Rusiya arasında ticarətin həcmi artaraq 116,9 milyard dollar təşkil edib12-07-2024, 09:38. Yazar: sevinc1 |
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-iyun aylarında Çin və Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% artaraq 116,9 milyard dollar təşkil edib. Rusiyadan Çinə ixrac 3,9% artaraq 65,2 milyard dollara çatıb. Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci ildə 29,3% artaraq 190 milyard dollara çatıb və 2023-cü ildə 26,3% artımla 240,11 milyard dollara çatıb. Bununla yanaşı, yanvar-iyun aylarında Çinin ABŞ ilə ticarət dövriyyəsi 0,2%, Aİ ilə 3,7% azalıb. aia.az Tərcümə şöbəsi Geri dön |