Ana Sayfa > Manşet / Siyasət > “Onun qərarını mən deyil, İlham bəy verəcək” -

“Onun qərarını mən deyil, İlham bəy verəcək” -


12-07-2024, 09:24. Yazar: sevinc1
“Onun qərarını mən deyil, İlham bəy verəcək” -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuat konfransı təşkil edib.

aia.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ərdoğan “Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?” sualına belə cavab verib:

“Onun qərarını mən deyil, İlham bəy verəcək. Təbii ki, biz sazişin imzalanmasını və Ermənistanla Azərbaycan arasında sülhün hökm sürməsini arzulayırıq. Ermənistanın baş naziri ilə görüşlərimizdə görürük ki, müsbət addımlar atılır. Qardaşım İlhamla görüşlərimdə də “Biz müsbət addımların atılmasının tərəfdarıyıq” demişdi”.

aia.az
Geri dön