Ana Sayfa > İdman > Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı
Türkiyə Superliqasında yeni mövsümün püşkü atıldı11-07-2024, 16:27. Yazar: sevinc1 |
Futbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. aia.az xəbər verir ki, püşkə əsasən, çempionatın ilk turunda üz-üzə gələcək komandalar müəyyənləşib. İlk turun proqramı “Sivasspor” – “Trabzonspor” “Fənərbağça” – “Adana Dəmirspor” “Rizəspor” – “Başakşəhər” “Kasımpaşa” – “Konyaspor” “Qalatasaray” – “Hatayspor” “Alanyaspor” – “Eyüpspor” “Antalyaspor” – “Göztəpə” “Samsunspor” – “Beşiktaş” “Bodrumspor” – “Qaziantep” Superliqada yeni mövsümdə 19 komanda mübarizə aparacağı üçün “Kaysərispor” ilk turda istirahət edəcək. Püşkatma zamanı mövsümün ilk hissəsində oynanılacaq derbi matçlarının tarixləri də bəlli olub. V turda “Trabzonspor”-“Beşiktaş”, VI turda “Fənərbağça”–“Qalatasaray”, X turda “Qalatasaray”–“Beşiktaş”, XI turda “Trabzonspor”-“Fənərbağça”, XV turda “Beşiktaş”–“Fənərbağça”, XVI turda isə “Qalatasaray”-“Trabzonspor” matçları keçiriləcək. Qeyd edək ki, Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümü avqustun 9-da start götürəcək və növbəti il iyunun 1-də yekunlaşacaq. aia.az Geri dön |