Ana Sayfa > Cəmiyyət / Karusel > Azərbaycanlı Rusiyada bir milyonluq qızılla tutdu

Azərbaycanlı Rusiyada bir milyonluq qızılla tutdu


4-11-2016, 14:00. Yazar: admin



Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşından unikal qızıl külçə müsadirə edib.

Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Neryunqridə keçirilən xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşına məxsus "Mercedes" markal avtomobil saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı ümumi çəkisi 430 qram olan unikal təbii qızıl külçəsi aşkarlanıb.

Rusiya Federasiyası Mərkəzi Bankının qiymətləndirməsinə əsasən müsadirə olunan qızılın dəyəri bir milyon rubldan çoxdur.
Geri dön