Ana Sayfa > Karusel / Ölkə > Azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanıldı

Azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanıldı


11-07-2024, 11:53. Yazar: sevinc1
Azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanıldı

Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.

aia.az
Geri dön