Ana Sayfa > Şou-biznes > Avtomobil sığortanız olsa da, cərimələnə bilərsiniz
Avtomobil sığortanız olsa da, cərimələnə bilərsiniz4-11-2016, 13:54. Yazar: admin |
Noyabrın 1-dən etibarən avtomobillərin icbari sığortası yalnız onlayn formada bağlanır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində isə deyilir ki, sürücü yol polisinə sığorta şəhadətnaməsini kağız formada təqdim etməlidir. Bu ziddiyyət sürücülərin cərimələnməsinə səbəb ola bilər. Hazırda yol polisləri, avtomobillərin sığorta olunub-olunmadığını bortkompüterdə görə bilmədiyindən kağız şəhadətnaməsi olmayan sürücülər 50 manat cərimə oluna bilər. Amma həmin formada adi kağızda olduğu üçün kompüterdən istifadə etməyi bacaranlar onun saxtasını asanlıqla düzəldə bilərlər. Əgər yol polisi bu haldan şübhələnərsə və yaxud sürücü ümumiyyətlə, kağız formada sənədi yoxdursa, bu halda da cərimələnə bilər. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirir ki, icbari sığorta bürosu sisteminin yol polisinin sisteminə inteqrasiya edilməsi üçün hazırlıqlar gedir və qısa zamanda bu proses həyata keçiriləcək. Bundan sonra isə sürücülərin kağız formada şəhadətnamə gəzdirməsinə ehtiyac qalmayacaq. Bu zaman avtomobilini sığorta etdirməyən sürücülər elektron avadanlıqlar vasitəsilə müəyyən edilərək cərimələnəcək. Sığorta olmadan avtomobili idarə etməyin cəriməsi isə 50 manatdır, bununla bağlı protokol isə 20 gündən bir tətbiq edilə bilər. Geri dön |