Ana Sayfa > Özəl > Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti
Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti10-07-2024, 18:41. Yazar: sevinc1 |
Bildiyimiz kimi cari ilin iyul ayının 6-da Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şuşada keçirilmiş möhtəşəm tədbir eyni zamanda Türk dünyasının birliyinə mühüm töhfə vermiş oldu. Eyni zamanda belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu. Xüsusi olaraq vurğulamalıyıq ki, keçirilmiş bütün görüşlər türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə əlavə stimul verir. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından bəhs etdi. Cənab Prezident çıxışında qeyd etdi ki, “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir”. Bu baxımdan ölkəmiz ilə türk dövlətləri arasında bütün sahələri əhatə edən qarşılıqlı münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi Nicat Quliyev Geri dön |