Ana Sayfa > Təhsil > 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək milli elmi komandanın 10 üzvü BDU tələbəsidir

75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək milli elmi komandanın 10 üzvü BDU tələbəsidir


10-07-2024, 16:14. Yazar: sevinc1
75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək milli elmi komandanın 10 üzvü BDU tələbəsidir

Bu ilin 14-18 oktyabr tarixlərində İtaliyanın Milan şəhərində 75-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2024) keçiriləcək. Konqresdə Azərbaycanı təmsil edəcək tələbə və gənc alimlərdən ibarət milli elmi komandasında BDU-nun 10 tələbəsi yer alıb.
Qeyd edək ki, BDU Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki 2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində baş tutub.
Geri dön