Ana Sayfa > Ölkə > İrandan Azərbaycana narkotik keçirmək istədilər
İrandan Azərbaycana narkotik keçirmək istədilər10-07-2024, 14:51. Yazar: sevinc1 |
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. aia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, iyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |