Ana Sayfa > Özəl > Gürcüstan Xarici İşlər Nazirliyi Aİ-nin 30 milyon avro ayırmasını dayandırmasına cavab verib
Gürcüstan Xarici İşlər Nazirliyi Aİ-nin 30 milyon avro ayırmasını dayandırmasına cavab verib9-07-2024, 18:50. Yazar: sevinc1 |
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Avropa İttifaqının ölkəsinin Müdafiə Nazirliyinə 30 milyon avro vəsaitin ayrılmasını dayandırmaq qərarını şərh edib. Bu barədə TASS məlumat yayıb.Jurnalistlərlə söhbəti zamanı Darçiaşvili bu qərarı “anlaşılmaz” adlandırıb. Eyni zamanda, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri bu addımın Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına mane olmayacağına əminliyini ifadə edib. “Bu cür mikro qərarlar bizim üçün anlaşılmaz olaraq qalır <...> Hesab edirəm ki, bu qərar mikro səviyyədə qəbul edilib. Bu cür qərarlar heç bir halda Gürcüstanın Avropaya inteqrasiya istəklərinə mane olmayacaq”. Bundan əvvəl Avropa İttifaqı Gürcüstanın alyansa qoşulması prosesini dayandırıb. aia.az Tərcümə şöbəsi Geri dön |