Ana Sayfa > Siyasət / Karusel > 156 nəfər deputatlığa namizədliyini irəli sürüb

156 nəfər deputatlığa namizədliyini irəli sürüb


9-07-2024, 16:44. Yazar: sevinc1
156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.

aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.

Məlumata görə, onlardan 71 nəfərin namizədliyi təsdiqlənib, 43 nəfərə imza vərəqi verilib.

M.Pənəhov vurğulayıb ki, bir nəfər öz ərizəsi ilə imtina edərək, seçki prosesindən çıxıb.

aia.az
Geri dön