Ana Sayfa > Parlament > İnsan alverində təqsirləndirilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunacaq
İnsan alverində təqsirləndirilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunacaq4-11-2016, 13:27. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Yaşar Mustafa Kaplanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Mail Bayramov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin ölkəsinə ekstradisiya olunması ilə bağlı qərar verilib. Qeyd edək ki, Yaşar Mustafa Kaplan Türkiyədə insan alverində təqsirləndirilərək axtarışda olub. O, Azərbaycan ərazisində həbs olunub. Geri dön |