Ana Sayfa > Özəl > Azərbaycanın “ŞƏT”lə perspektiv əməkdaşlıq istiqamətləri

Azərbaycanın “ŞƏT”lə perspektiv əməkdaşlıq istiqamətləri


9-07-2024, 09:35. Yazar: sevinc1
Azərbaycanın “ŞƏT”lə perspektiv əməkdaşlıq istiqamətləri

İyulun ayının 4-də Qazaxıstanın paytaxtı Astanadan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar.Görüşdə ölkəmizin başçısı Azərbaycan Prezidenti İlham Əliyevdə iştirak edib.Zirvə görüşü çərçivəsində “ŞƏT plyus” toplantısında çıxış edən hörmətli prezidentimiz Azərbaycanın mövqeyini və əlverişli imkanların təşkilat üzvlərinin nəzərinə çatdırıb.
Azərbaycanın dünya əhəmiyyətli layihələri var.Azərbaycan dünyaya töhfə verəcək layihələrə həm müəlliflik edir,həm də birbaşa reallaşdırır.”Şimal-cənub” nəqliyyat dəhlizinin formalaşmasında tranzit ölkə kimi Azərbaycan rol oynayıb Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan üzərindən keçməsi səbəbindən ötən müddətdə dövlətimiz tərəfindən böyük infrastruktur layihələri həyata keçirilib.Belə ki, Bakının cənub hissəsində yeni beynəlxalq ticarət limanının inşası xüsusi əhəmiyyət daşıyır.
Son dövrlər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər Bakı Dəniz Ticarəti limanının beynəlxalq statusunu bir qədər də gücləndirib.Bundan başqa Ələt-Astara avtomobil yolunun yenidən qurulması,İran Astarısı ilə Azərbaycan Astarası arasında yeni dəmiryolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub.Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması nəzərdə tutulu .Əlavə olaraq bu həcmin 10 milyon tona qədər artırılması planlaşdırılır.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı Azərbaycan Respublikasının həm xarici,həm də daxili iqtisadi maraqlarına cavab verir.Yeni İpək yolunun Transxəzər hissəsindən keçən bu dəniz regionda qüvvələr balansını yaxşılaşdırmaqla yanaşı,Süveyş kanalına və ümumilikdə,dəniz yoluna alternativ bir marşrut olduğundan xüsusi əhəmiyyət kəsb edir.Bu marşrutun istifadəyə verilməsi ilə Xəzər dənizində xarici ticarət fəaliyyəti ilə yanaşı,Xəzəryanı ölkələrin logistikasına investisiyaların axını da artır.
Ölkəmizin bütün sahələri əhatə edən davamlı inkişafı,Qafqaz regionunda güc mərkəzinə çevrilməsi,təbii coğrafi əlverişli mövqeyi və təklif etdiyi nəhəng layihələrin əhəmiyyəti Azərbaycanı ŞƏT üçün mühüm əməkdaşlığını artırır.Azərbaycanın ŞƏT -ə üzv dövlətlərlə yüksək səviyyəli münasibətlər qurması həm təşkilata,həm də ikitərəfli əlaqələrə öz töhfəsini verməklə yanaşı,ölkəmizin regional güc kimi dəstək qazanmasını da şərtləndirir. Cənab prezidentimiz İlham Əliyevin dediyi kimi,Azərbaycan ŞƏT əməkdaşlığı zəngin perspektivə dayanır.

YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nın fəalı Nizami Verdiyev
Geri dön