Ana Sayfa > Şou-biznes / Aia TV > Bakı-Sumqayıt elektrik qatarlarında qiymət aşağı salınır

Bakı-Sumqayıt elektrik qatarlarında qiymət aşağı salınır


4-11-2016, 13:21. Yazar: admin


Gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək

Noyabr ayının 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq.

Bunu İnterAz-a Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, 5 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiymətində dəyişiklik ediləcək.

"Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində “biznes-klass” vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək", - N. Əzməmmədov qeyd edib.
Geri dön