Ana Sayfa > Siyasət > Kamran Əliyev Vyanada işgüzar səfərdədir

Kamran Əliyev Vyanada işgüzar səfərdədir


8-07-2024, 16:52. Yazar: sevinc1
Kamran Əliyev Vyanada işgüzar səfərdədir

İyulun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasına işgüzar səfərə gəlib.

Bu barədə aia.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, öncə, nümayəndə heyəti ölkəmizin Vyanadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra Baş prokuror Azərbaycanın Vyanadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli və diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.

Səfər çərçivəsində Kamran Əliyev və Avstriyanın Baş prokuroru Margit Vaxberger arasında ikitərəfli görüş keçirilib.

Margit Vaxberger nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu vurğulamaqla, bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kamran Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində prokurorluq orqanlarında aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib.

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, terrorçuluqla mübarizə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və səfir Rövşən Sadıqbəyli iştirak ediblər.

aia.az
Geri dön