Ana Sayfa > Özəl > Rəsmi Tbilisi münasibətlərin dərinləşdirilməsi tələbinə cavab olaraq Vaşinqtondan təlimlərin ləğvini alıb

Rəsmi Tbilisi münasibətlərin dərinləşdirilməsi tələbinə cavab olaraq Vaşinqtondan təlimlərin ləğvini alıb


8-07-2024, 16:04. Yazar: sevinc1

Rəsmi Tbilisi münasibətlərin dərinləşdirilməsi tələbinə cavab olaraq Vaşinqtondan təlimlərin ləğvini alıb

Gürcüstan parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib ki, ABŞ iyulun sonu - avqustun əvvəlində Gürcüstanda keçirilməsi planlaşdırılan “Layiqli tərəfdaş” təlimlərini ləğv etmək barədə “səhv qərar” verib. Bu barədə VZQLYAD qəzetinin Tbilisidəki müxbiri məlumat verib.
“Bu, yanlış qərardır. Biz ABŞ-la münasibətləri bərpa etmək və normallaşdırmaq zərurətindən, azad ticarət rejimindən, birbaşa uçuşlardan və vizaların alınmasının asanlığından danışırıq və cavab olaraq hərbi təlimlərin ləğvini alırıq”, - Mdinaradze bazar ertəsi mətbuat konfransında bildirib.
“Bütün bunlar ən azı başa düşülən deyildir, biz ümid edirik ki, bu cür qərarlar yaxın gələcəkdə yenidən nəzərdən keçiriləcək”.Mdinaradze ABŞ-ın bu yolla oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə təsir etmək istəməsi ilə bağlı ehtimalları “qanuni” adlandırıb, lakin qeyd edib ki, hakim “Gürcü Arzusu” partiyası bu cür versiyaların üzərində dərinləşmək istəmir.

Xatırladaq ki, ötən həftə ABŞ Gürcüstanla “Layiqli tərəfdaş - 2024” hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan etmişdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön