Ana Sayfa > Özəl > Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası


8-07-2024, 14:27. Yazar: sevinc1
Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

Prezident İlham Əliyevin cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü xüsusi tarixi əhəmiyyət kəsb edir.
Şəksiz ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.
Keçirilən bu görüşdə dövlət başçılarının (Qırğızıstanın, Özbəkistanın) xalqı salamlaması və qarşılıqlı xoş ifadələrin səslənməsi, həmçinin gənc qızın orada şeir ilə çıxışı bu tarixlərə sığmayan görüşün mütərəqqiliyindən xəbər verir.
Görüşün Şuşada keçirilməsidə əlamətdar hadisələrdən biridir. Məsələn, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Və bu Zirvə görüşünün paytaxt Bakıda deyil bilavasitə Şuşada keçirilməyi də tarixi hadisələrdən biridir.
İlham Əliyevin çıxışında, həmçinin Zəfər Günü ilə əlaqədarda ətraflı çıxış etmişdir: “2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır”.
Cənab Prezidentimiz çıxışının sonunda COP29 tədbirinin keçiriləcəyinə də toxunub və bildirib ki: “COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir”.
Sözün əsl mənasında bu görüş Azərbaycanın siyasi, iqtisadi, ekoloji, enerji və bir sıra məsələlərdə yeni əlaqələrin təmin olunmasında yeni səhifə açacaq. Bu əlaqələrin “Qarabağ Bəyyanaməsində” konsepsiyalaşdırılaraq imzalanması bir daha ölkəmizin TDT ölkələri ilə konstruktivləşdirməsində xüsusi əhəmiyyət kəsb edir.

Sənan Hüseynov,
Nəsimi rayon gənci, ADNSU III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü

Geri dön