Ana Sayfa > Dünya > “Sındırmağa qozum yoxdur, sındırıram fındığımı”

“Sındırmağa qozum yoxdur, sındırıram fındığımı”


4-11-2016, 13:10. Yazar: admin
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.



Bəstəkar-müğənni yeni şeirini "İnstagram” bloqunda paylaşıb.

Yeni şeiri oxuculara təqdim edirik:

Ağlamağa vaxtım yoxdur,
İstəmirəm o vaxtı.
Oturmağa halım yoxdur,
İstəmirəm o taxtı.
Sındırmağa qozum yoxdur,
Sındırıram fındığımı.
Tozum yoxdur çırpmağa,
Sözüm yoxdur çığırmağa.
Ağlamağa vaxtım yoxdur,
İstəmirəm o yası.
İstəmirəm ağlamağa.
Geri dön