Ana Sayfa > Manşet / Siyasət > “Qarabağ Bəyannaməsi Türk Dünyasının inkişafı üçün yeni yol xəritəsidir”

“Qarabağ Bəyannaməsi Türk Dünyasının inkişafı üçün yeni yol xəritəsidir”


8-07-2024, 09:56. Yazar: sevinc1
“Qarabağ Bəyannaməsi Türk Dünyasının inkişafı üçün yeni yol xəritəsidir”

Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü Türk dünyasının əsas lokamativi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirdi. Şuşa zirvəsi Azərbaycanın xarici siyasətində xüsusi önəm verdiyi - Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi baxımından növbəti mərhələ kimi tarixə düşdü.
Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin zirvə görüşündə bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirmək və konkret addımlar atmaq niyyətini bir daha ortaya qoydu.
Yeri gəlmişkən, Azərbaycanın katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürməsi nəzərdə tutulan hədəflərin reallaşdırılmasına təkan olacaq.
Zorvə görüşündə imzalanan tarixi “Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək.
Zirvə görüşündə də qeyd olunduğu kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran əsas prioritet məsələlərdən biridir. Üzv ölkələr Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialından istifadə olunmasının tərəfdarıdır. Təsadüfi deyil ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Eyni zamanda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməkdədir.
Türk İnvestisiya Fondu vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulması da əsas hədəflərdən biridir.
Bir sözlə, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli müzakirələr, vacib qərarlarla yadda qaldı. Toplantının sonunda imzalanan Qarabağ Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Geri dön