Ana Sayfa > Özəl > Ən aşağı pensiya üçün yeni rəqəm ortaya çıxdı! Bu həftə Ərdoğana təqdim olunacaq
Ən aşağı pensiya üçün yeni rəqəm ortaya çıxdı! Bu həftə Ərdoğana təqdim olunacaq8-07-2024, 09:16. Yazar: sevinc1 |
AK Partiya personalı minimum pensiyanın artırılması üçün hərəkətə keçdi. Bu çərçivədə ən aşağı pensiyanın rəqəmi müəyyənləşəcək və hazırlanan hesabat bu həftə prezident Ərdoğana təqdim ediləcək. Ötən həftə 6 aylıq inflyasiyanın açıqlanması ilə artıq bütün gözlər pensiyaçıların maaşlarındadır. İQTİSADİYYAT qəzetinin əldə etdiyi məlumata görə, AK Partiyanın minimum pensiyanı 10 min TL-nin üzərinə qaldırmaq üçün yeni hazırlıqlara başladığı öyrənilib. Bildirilib ki, AK Partiya heyəti minimum pensiyanı artıracaq düsturları həftə ərzində prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqinə təqdim edəcək. Xəbərə görə, 10 min TL olan minimum pensiyanın ən azı 12 min TLə qaldırılması üçün yeni hazırlıq görülür. Tnzimləmə Ərdoğan tərəfindən təsdiqlənərsə, ikinci yaxşılaşma 2024-cü ildə ən aşağı pensiya alanlara gələcək. aia.az Tərcümə şöbəsi Geri dön |