Ana Sayfa > Dünya > Türkiyə Prezidenti:
Türkiyə Prezidenti:7-07-2024, 19:10. Yazar: sevinc1 |
Türkiyə Böyük Britaniyanın yeni baş naziri Keir Starmer və onun hökuməti ilə ikitərəfli gündəliyin bütün məsələlərində müsbət kursu təşviq etmək niyyətindədir. aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib. O, Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin son dərəcə dərin tarixi köklərə malik olduğunu vurğulayıb: "Biz hakimiyyətdə olduğumuz müddətdə həm leyboristlər, həm də mühafizəkarların baş nazirləri ilə işləmişik. Əsas odur ki, iki ölkənin ümumi maraqlarına uyğun iş görək. Biz müttəfiqimiz İngiltərə ilə bütün sahələrdə əlaqələrin inkişafına davam edəcəyik”. Ərdoğan İngiltərədəki seçki prosesindən danışıb: "Məncə, indiyə qədər həyata keçirdiyi siyasət və İngiltərənin iqtisadi sahədə yaşadığı çətinliklər Rişi Sunakın ən mühüm itki səbəbi olub. Leyboristlər Partiyası 14 ildir seçkilərdə uğur qazana bilmirdi. Lakin indi 411 deputat mandatı ilə üstünlük qazandılar. Türkiyə ilə Böyük Britaniya arasında dərin ikitərəfli münasibətlər mövcuddur. Yeni dövrdə hər sahədə müsbət istiqamətləri inkişaf etdirmək niyyətindəyik". Qeyd edək ki, leyboristlərin lideri Keir Starmer iyulun 4-də krallıqda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən ölkənin yeni hökumətini formalaşdırıb. aia.az Geri dön |