Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “İşğaldan azad edilmiş Azərbaycan əraziləri bütün Türk dünyasının mənəvi birliyinin təcəssümü kimi çıxış edir”

Novruzəli Aslanov: “İşğaldan azad edilmiş Azərbaycan əraziləri bütün Türk dünyasının mənəvi birliyinin təcəssümü kimi çıxış edir”


7-07-2024, 14:15. Yazar: sevinc1
Novruzəli Aslanov: “İşğaldan azad edilmiş Azərbaycan əraziləri bütün Türk dünyasının mənəvi birliyinin təcəssümü kimi çıxış edir”

“Cari ilin 6 iyul tarixində Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü Türk birliyinin dünya miqyasında böyük bir gücə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Etiraf olunmalıdır ki, bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri bütün türkdilli ölkələrin mənəvi birliyinin, həmrəyliyinin təcəssümü kimi çıxış edir. Şuşa Sammitində etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bu vaxib məqamı xüsusi vurğulayaraq bildirdi ki, son dörd ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama, Füzuliyə etdikləri səfərlər bu birliyin möhkəmlənməsinə misilsiz töhfələr verir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər daha 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Dövlət başçımızın qeyd etdiyi kimi, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.”

Bu fikirləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra müsahibimiz Azərbaycanın təşəbbüslərinin Türk birliyinə üzv olab bütün ölkələrin maraqlaına xidmət etdiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Türk dünyasının birləşməsi, mövcud potensialların vahid məqsədlərə yönləndirilməsi ölkələrimizin müasir dünyada öz layiqli yerlərini tutmaqlarının yeganə yoludur. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Məhz Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar qəbul edilib. Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd edən Azərbaycan Prezidenti ölkəmizin bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirdi. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli olduğunu vurğuladı. Heç şübhəsiz iyulun 6-da Şuşada Qarabağ Bəyannaməsinin imzalanması da bu məqsədə çatmaq üçün atılmış mühüm addımlardan biri olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Geri dön