Ana Sayfa > Siyasət / Özəl > Davamlı və təhlükəsiz inkişafın qarantı

Davamlı və təhlükəsiz inkişafın qarantı


7-07-2024, 13:17. Yazar: sevinc1
Davamlı və təhlükəsiz inkişafın qarantı

Bu gün Azərbaycanın dəqiq hesablanmış və düzgün qurulmuş xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir. Cənab Prezident İlham əliyevin həyata keçirdiyi siyasət ölkəmizi beynəlxalq arenada ciddi söz sahibi etməklə bərabər, etibarlı tərəfdaşa çevirmişdir. Regionda və Türk dünyasında önəmli yerə sahib olan Azərbaycan liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevrilib. Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir. Dünya əhalisinin yarısından çoxunun yaşadığı ŞƏT üzvü ölkələrinin birləşdiyi bu təşkilat regional təhlükəsizlıik baxımından kifayət qədər cəlbedicidir. Təşkilatın əsas məqsədlərindən biri separatizmə və terrorizmə qarşı mübarizədir, faydalı və qarşılıqlı əməkdaşlıqdır. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Yeri gəlmişkən, burada təmsil olunan və bir araya gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Azərbaycanın dəqiq hesablanmış və düzgün qurulmuş xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf etdiyindən bu təşkilatda ciddi mövqe sahibi olması özünü göstərməkdədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çox maraqlıdır.
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Astana Zirvə görüşündə cənab prezident İlham əliyevin çıxışı maraqla qarşılanmışdır. Ölkəmizin rəhbərinin çıxışında yer alan müxtəlif məslələr bu gün hamını düşündürən və narahat edən məsələlərdir. Cənab İlham Əliyevin dəhlizlərlə bağlı mövqeyi ölkəmizin logitika imkanlarının genişlənməsi və əməkdaşlıq təklifi Azərbaycanın fəaliyyətinin dayanıqlığından xəbər verməklə üzv dövlətlərdə məmnunluq doğurur. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini nəzərə alsaq ölkəmizin COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün göstərdiyi səylər indidən rəğbətlə qarşılanır. Belə bir siyasətin yürüdülməsi, dost münasibətlərin qurulması cənab İlham Əliyev siyasətinin tərkib hissəsi olmaqla, Azərbaycanın dayanıqlı və təhlükəsiz inkişafına xidmət edir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön