Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Türk birliyinin dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməsi həyati əhəmiyyət kəsb edən məsələdir”
Aqiyə Naxçıvanlı: “Türk birliyinin dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməsi həyati əhəmiyyət kəsb edən məsələdir”7-07-2024, 12:29. Yazar: sevinc1 |
“Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən biridir. Düz bir ay əvvəl, iyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasının Bakıda keçirilmiş 13-cü plenar iclasında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsini yetərli hesab etmədiyini vurğulayaraq bir aydan sonra Şuşada Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini anonslamışdı. Bu gün, iyul ayının 6-da Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyəti Prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti və Türk Dövlətləri Təşkilatının Baş katibi Şuşa Sammitində iştirak etmək üçün bu qədim Azərbaycan şəhərində yenidən bir araya gəliblər. Zirvə görüşündə müzakirə olunacaq əsas mövzular transmilli nəqliyyat layihələri və iqlim dəyişikliyi problemləri ilə bağlıdır. Aydındır ki, hər iki məsələ bütün Türk dünyası üçün kifayət qədər böyük önəm daşıyır. Təsadüfi deyil ki, Sammitdə çıxış edən dövlətimizin başçısı Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərini bütün Türk dünyasının böyük sərvəti kimi dəyərləndirmişdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə göstəriən səylərin artırılmasının vacibliyi barədə səsləndirdiyi fikirlər Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi məqsədinə xidmət edir: “Öz çıxışında dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Bu fikrini əsaslandıran dövlət başçımız Türk dünyasının böyük coğrafi məkanı əhatə etdiyini, türkdilli ölkələrdə müsbət demoqrafik dinamikanın müşahidə olunduğunu, bu ölkələrin hərbi potensiallarının döyüş meydanlarında özünü dəfələrlə göstərdiyini diqqət mərkəzinə çəkib. Qeyd olunub ki, ölkələrimizin zəngin təbii resursları, onların nəqli üçün mövcud olan müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, xalqlarımızın zəngin və qədim tarixi, ortaq mədəniyyətimiz Türk dünyasının böyük sərvəti, tükənməz potensialının göstəricisidir. Cənab Prezident İlham Əliyev öz çıxışında belə bir vacib məqamı da qeyd etdi ki, Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı olan Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən iki qardaş ölkənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci ildə bu şəhərdə imzalanmasından sonra, bu gün Qarabağ Bəyannaməsinin də məhz Şuşada imzalanması mühüm siyasi əhəmiyyət kəsb edir və bu, bütün dünyaya ünvanlanmış ciddi mesajdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |