Ana Sayfa > Ölkə > Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb6-07-2024, 09:34. Yazar: sevinc1 |
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda şübhəli bilinən şəhər sakini Taleh Qədirov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi tanıdan T.Qədirov bir nəfər şəhər sakinindən 1 000 manat alıb, bir nəfərdən isə eyni məbləğdə pul tələb edib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. aia.az Geri dön |