Ana Sayfa > Siyasət > Müsavat partiyası parlament seçkilərində iştirak edəcəyini açıqladı

Müsavat partiyası parlament seçkilərində iştirak edəcəyini açıqladı


4-07-2024, 16:11. Yazar: sevinc1
Müsavat partiyası parlament seçkilərində iştirak edəcəyini açıqladı

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

aia.az xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.

aia.az
Geri dön