Ana Sayfa > Özəl > Mersində sistemə bildirilməyən 380 ton limon tapılıb
Mersində sistemə bildirilməyən 380 ton limon tapılıb4-07-2024, 13:26. Yazar: sevinc1 |
Mersində İl Ticarət Müdirliyi qruplarının başlatdığı yoxlamalar zamanı qiymət artımı səbəbiylə iki anbarda Bazar Qeydiyyat Sisteminə (HKS) bildirilməyən 380 ton limon aşkar edilib. Limon qiymətlərindəki son artım səbəbiylə İl Ticarət Müdirliyi qruplarının başlatdığı işlər davam edir.Araşdırma çərçivəsində şəhər mərkəzi və rayonlardakı soyuducu anbarlara baxış keçirilib. Erdemli rayonunda iki anbarda aparılan ekspertizada HKS qeydiyyatı olmayan 380 ton limon olduğu müəyyən edilib. Bazar Nəzarət və Təftiş Şöbə Müdirliyi qruplarının da iştirak etdiyi yoxlamalar zamanı məhsulun sahibi olan 3 nəfər üçün protokol saxlanılıb. aia.az Tərcümə şöbəsi Geri dön |