Ana Sayfa > Parlament > Apteklərdəki yoxlamaların nəticələri açıqlandı
Apteklərdəki yoxlamaların nəticələri açıqlandı3-07-2024, 17:41. Yazar: sevinc1 |
![]() Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyun ayı ərzində 23 aptekdə yoxlama aparıb. Bu barədə aia.az-a mərkəzdən məlumat verilib. Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib. aia.az Geri dön |