Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bütün parollarınızı unudun
Bütün parollarınızı unudun11-09-2015, 03:24. Yazar: admin |
Parolların qeyri-aktuallığı məsələsi dəfələrlə qaldırılıb. Kodların potensial alternativlərini ABŞ-ın “Intel” şirkəti də müzakirə edir. “Qafqazinfo”nun ictnews.az-a istinadən məlumatına görə, şirkət nümayəndələri bildiriblər ki, bütün onlayn hesabların parollarını yadda saxlamaq qeyri-mümkündür. Buna görə də akkauntlara daxil olmaq üçün biometrik məlumatlardan, məsələn, barmaq izlərindən istifadə daha rahat olar. “Intel” bunu artıq bu gün etməyin mümkün olmasını iddia edir. “Biz kompüterlərdən bütün parolları ləğv etmək istəyirik”, - "Intel Client Computing Group” şirkətinin baş vitse-prezidenti və baş meneceri Kirk Skaugen Nyu-Yorkda keçirilən "Citi 2015 Global Technology Conference” konfransında bildirib. O əlavə edib ki, biometrik autentifikasiyadan altıncı nəsil "Core system” texnologiyasını əldə edən bütün istifadəçilər yararlana bilər. Şirkət yeni çipləri ötən həftə təqdim edib. Bu çiplərin bazası əsasında üzün tanınması funksiyasına malik bir sıra "Windows” sistemli qurğular işləyir. Biometrik parolların tam funksionallığı üçün təsviri müxtəlif bucaqlardan skan etməyə imkan verən "Intel RealSense” “3D” kamerasını da almaq tələb olunur. Sistem həmçinin insanı arterial təzyiqinə, müxtəlif biomarkerlərin yığılmasına, məsələn, gözlər arasında məsafəyə, üz nöqtələrinə görə tanımağa imkan verəcək. Təqdimat zamanı səhnəyə iki əkiz dəvət olunub və onlardan yalnız biri fərdi kompüterə daxil olub ki, bu da sistemin ideal işləməsindən xəbər verir. “Intel”in baş direktoru hesab edir ki, bu funksiyalar fərdi kompüterlərin satışını artırmağa imkan verəcək. Geri dön |