Ana Sayfa > Özəl > Gürcüstanda Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə qara qutu tapılıb

Gürcüstanda Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə qara qutu tapılıb


3-07-2024, 12:05. Yazar: sevinc1
Gürcüstanda Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə qara qutu tapılıb


Ekspertlər Gürcüstanda Su-25 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə qara qutu aşkar ediblər. Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Hazırda təyyarənin hissələri müəyyən edilib və ölən pilotun cəsədi aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edildiyi kimi, hərbi hava gəmisinin təhlükəsizlik qaydalarının pozulması faktı ilə bağlı cinayət işi açılıb. Eyni zamanda, ilkin araşdırmaya əsasən, uçuşdan əvvəl texniki sənədlər tam yoxlanılıb və uçuşqabağı hazırlıq işləri aparılıb.
Bir gün əvvəl Gürcüstan Müdafiə Nazirliyi planlaşdırılmış təlim zamanı Su-25 təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb. Nəticədə pilot dünyasını dəyişib. Gürcüstan mətbuatının məlumatına görə, qəza Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində baş verib.

aia.az
Tərcümə şöbəsi
Geri dön