Ana Sayfa > Manşet / Siyasət > YAP-ın İdarə Heyəti iclas keçirdi -

YAP-ın İdarə Heyəti iclas keçirdi -


3-07-2024, 11:40. Yazar: sevinc1
YAP-ın İdarə Heyəti iclas keçirdi -

Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.

aia.az xəbər verir ki, bununla bağlı YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda eyni zamanda, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri təyin edilib.

Həmçinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi də təyin olunub.

***

11:00

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir.

aia.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

aia.az
Geri dön