Ana Sayfa > Özəl > Lukaşenko Belarusun azad edilməsinin 80 illiyi ilə bağlı amnistiya qanunu imzalayıb

Lukaşenko Belarusun azad edilməsinin 80 illiyi ilə bağlı amnistiya qanunu imzalayıb


3-07-2024, 10:27. Yazar: sevinc1
Lukaşenko Belarusun azad edilməsinin 80 illiyi ilə bağlı amnistiya qanunu imzalayıb


Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın nasist işğalçılarından azad edilməsinin 80 illiyi ilə əlaqədar amnistiya qanunu imzalayıb.
Prezidentin imzaladığı sənəd Respublikanın Milli Hüquq İnternet Portalında dərc olunub.

Qeyd olunur ki, bu qanunun tətbiqi ilə cəzadan azad edilməsi, cəzanın daha yüngül cəza ilə əvəz edilməsi, həmçinin 5 minə yaxın məhkumun şərti olaraq azadlığa buraxılması nəzərdə tutulur.

Bundan başqa, daha 2850 məhkumun cəzasının bir il azaldılması nəzərdə tutulur.

Bundan əvvəl Rusiya Dövlət Duması sənətçilərin geri qayıtması üçün “amnistiya” mexanizminin işlənib hazırlanmasını təklif etmişdi.

İspaniya parlamenti də Kataloniya separatçılarına amnistiya haqqında qanun qəbul edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön