Ana Sayfa > İdman > "Turnirdəki yolumuz uzundur" -

"Turnirdəki yolumuz uzundur" -


3-07-2024, 09:26. Yazar: sevinc1
"Turnirdəki yolumuz uzundur" -

"Möhtəşəm zəfər oldu".

aia.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin qapıçısı Mərt Günok Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən deyib.

Təcrübəli qolkiper onları dəstəkləyən azarkeşlərə təşəkkür edib: "Bizim üçün dua edən hər kəsə minnətdarıq. Turnirdəki yolumuz uzundur. Sonadək gedəcəyik. Avstriya üzərindəki qələbə komandaya böyük motivasiya oldu".

Qeyd edək ki, Türkiyə millisi 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.

aia.az
Geri dön