Ana Sayfa > Manşet / Dünya > Ərdoğan Türkiyə millisini təbrik etdi

Ərdoğan Türkiyə millisini təbrik etdi


3-07-2024, 09:01. Yazar: sevinc1
Ərdoğan Türkiyə millisini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli futbol komandasını Avropa çempionatının 1/4 finalına çıxması münasibətilə təbrik edib.

aia.az xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib:

"Futbol üzrə Avropa Çempionatında Avstriyanı məğlub edərək, 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. #BizimÇocuklar’a çempionluğa gedən yolda uğurlar arzulayıram" - Ərdoğan qeyd edib.

aia.az
Geri dön