Ana Sayfa > Parlament > Bacısının əriylə qaçan 15 yaşlı qız - “Məni də başa düşün”
Bacısının əriylə qaçan 15 yaşlı qız - “Məni də başa düşün”3-11-2016, 09:59. Yazar: Sevinc |
![]() Sentyabrın 23-dən itkin düşmüş, bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçdığı deyilən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva Ölkə.Az-ın suallarını cavablandırıb. = - Neçə gündür evinizdəsiniz? - Evimizə getməmişəm, üç gündür əmimin evində qalıram. - Demisiniz ki, Ələmdarla (bacısının yoldaşı) getməyimə görə peşman deyiləm. Bu doğrudur? - Bəli, belə bir söz demişəm. - Yenə fikrinizdə qalırsınız? - Bəli, bəli. - Bəs niyə rayona qayıdıb polis şöbəsinə gəldiniz? - Gördüm ki, hər şey bambaşqa olur, ona görə evimə qayıtmaq istədim. - Yəni? - Düşündüm ki, anamın, atamın qatili olaram da. Onların ürəyi partlayar, ölüb eləyərlər, bu mənim üçün çox pis olar. - Ələmdarla münasibətləri bərpa etməyi düşünürsünüz, yoxsa bu məsələ bitdi? - Xeyr, xeyr. - Yəni bağlanmadı? - Xeyr. - Bacınızı-Ələmdarın həyat yoldaşını görmüsünüz? - Görməmişəm. - Bacınızdan üzrxahlıq edəcəksiniz? - Hələ ki, başqa biriylə danışacaq durumda deyiləm. Çox əsəbi olmuşam. - Ələmdar sizi vururdu, döyürdü? - Döymürdü. - Nə vaxtdan bir-birinizi görmürsünüz? - Üç gündür gəlmişəm, görməmişəm. - Telefon əlaqəniz var? - Telefon əlaqəm yoxdur. - Ailəniz Ələmdarın həbsini istəyir. Siz də istərdiniz? - İstəməzdim. - Bağışlanılmasını və sizinlə ailə qurmasını istəyərsiniz? - Bəli. - Bacınızın taleyini düşünmürsünüz? - Hələ ki, heç nə düşünmürəm. - Bacınızı düşünmürsüz? - Düşünürəm. Məni də başa düşün də, gərginəm. Geri dön |