Ana Sayfa > İdman > Amerika Kuboku:

Amerika Kuboku:


2-07-2024, 18:04. Yazar: sevinc1
Amerika Kuboku:


ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.

aia.az xəbər verir ki, C qrupunda daha əvvəl 1/ 4 finala vəsiqəni təmin etmiş Uruqvay ABŞ-la qarşılaşıb. Görüş uruqvaylıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə Panama seçməsi Boliviyanı məğlub edib – 3:1.

Bununla Uruqvaydan sonra Panama yığması da adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Argentina, Venesuela, Ekvador, Braziliya və Kolumbiya yığmaları növbəti mərhələyə vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

aia.az
Geri dön