Ana Sayfa > Parlament > Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb.1-07-2024, 14:28. Yazar: sevinc1 |
![]() Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, R.Ağabalayevdən ümumilikdə 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Araşdırma aparılır. Geri dön |